2009-cu ildə əsası qoyulan “Sem-AZ” şirkəti Azərbaycanda fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşmışdır. “Sem-AZ” Şirkəti öz sahəsində lider olan “Agilent Technologies” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir. Fəaliyyəti ərzində bir sıra uğurlu layihələrə imza atan “Sem-AZ” əsasən dünya brendi olan Agilent Technologies” şirkətinin cihazlarını (xromatoqraflar: GC, GC/MS, HPLC, LC/MSMS, spektrometrlər: AAS, UV-VİS, İCP-OES, İCP-MS və.s) tətbiq etməklə qida, ekoloji, neft, elmi-tədqiqat və mikrobioloji laboratoriyalar qurub, təhvil vermişdir. Bunlardan başqa “Sem-AZ”şirkəti mütəmadi olaraq məlumatlandırıcı və maarifləndirici xarakter daşıyan seminarlar təşkil etmişdir.

  1.  2010-cu il sentyabr ayının 22-23 tarixlərində “Park-İnn” otelində “Agilent İntroduction Tour Azerbaijan”
  2.  2012-ci il fevral ayının 21-22 tarixlərində “Hilton Baku Hotel”  – də “Agilent HPI Solution and Agilent Food & Forensic solutions-New Developments
  3. 2014-cü il 18 iyun tarixində “Qafqaz Point Hotel” də Mining, Forensic, Toxicology, petrochemical applications by Agilent AAS, MPAES, ICP-OES and ICP-MS / Gas Phase Hydrocarbon Processing Industry Solution” adlı seminarları göstərmək olar.

Bunlardan başqa 2013 – 2014 cü illərdə Milli Elmlər Akademiyasında fərqli cihaz istifadəçilərinin təcrübi biliklərinin artırılması məqsədi ilə bir neçə seminarlar təşkil olunmuşdur.