1. PM kit (Preventive Maintenance Checklist) – Профилактическое обслуживание. Bu xidmət müştərinin istəyindən asılı olaraq ildə 1 və ya 2 dəfə həyata keçirilir. Xidmət zamanı cihazın dəyişilməsi lazım olan bütün hissələri (Bu siyahı Agilent tərəfindən tərtib olunub və təsdiqlənib. Müştəri bu hissələri özü almalıdır) müştərinin icazəsi ilə dəyişdirilir. Cihaz tam yeni cihaz halına gətirilir.
  2. OQ/PV (Operational Qualification/Performance Verification) – Операционная квалификация / Проверка производительности. Akreditasiyadan keçən laboratoriyalar ildə bir dəfə bu xidmətdən istifadə edirlər. Xidmət zamanı PM dən sonra Agilentin verdiyi xüsusi standartlar və proqram əsasında cihaz tam olaraq test olunur, müştəriyə cihazın tam işlək vəziyyətdə olması və doğru analizlər edə biləcəyi haqqında rəsmi sənəd verilir. Bu sənəd imzalandığı gündən bir il müddətinə qüvvədə olur.
  3. Limitsiz çağırış – bu xidmət sizə bir il ərzində çıxan problemlər üçün  istədiyiniz vaxt servis çağırmaq imkanı verir. Müqavilənin şərtinə görə ən gec 48 saat ərzində problemin həllinə başlanılır. (müqavilə olmadığı təqdirdə bu zaman 1 həftədən də çox ola bilər).
  4. Müqaviləsiz çağırış – bu xidmət zamanı xidmətin dəyəri 2 saata qədər (cihazlardan asılı olaraq) 250-200AZN arasında dəyişir. 2 saatdan artıq sərf olunan vaxta görə hər saat 100 AZN miqdarında hesablanır.