HAQQIMIZDA

“SEM-AZ” şirkəti 2009 –cu ildə may ayının 15-i Azərbaycan Respublikasında qurulmuş və respublika qanunvericiliyinə uyğun olaraq fəaliyyətini davam etdirir. Fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla, reaktiv, reagentlər ilə təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşmışdır. Şirkət öz sahəsində lider olan “Agilent Technologies”, “Merck Millipore SAS”, “MEMMERT GmbH+Co KG.”, “Alfa Laval”, “Beckman Life Science”, “OHAUS”, “Gerhard”, “Glassco”,  “Jasem”,  “Millistone”, “A.KRÜSS”, “IDEXX” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir. Fəaliyyəti ərzində bir sıra uğurlu layihələrə imza atan “Sem-Az” 170-dən çox şirkətə xidmət göstərir.

“SEM-AZ” “ISO9001:2015”  beynəlxalq keyfiyyət sertifikatına malikdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Prekursorların idxalına icazə verən xüsusi lisenziyası mövcuddur.

İşçilərimizə vaxtaşırı olaraq həm texniki, həm də fərdi inkişaf təlimlərində iştirak etmək imkanı veririk. Beləliklə sizə ən son texnologiyalar, tendensiyalar və tətbiqləri texniki biliklərimiz və laboratoriya təcrübəmizİ birləşdirərək təklif edirik.  Həyata keçirdiyimiz layihələr və bütün digər xidmətlərimiz ilə hər zaman dəyərli müştərilərimizin və istifadəçilərimizin yanında olmaqdan qürur duyuruq.

Təklif etdiyimiz bütün satış və satış sonrası dəstək xidmətlərimizdə davamlı təkmilləşmə bizim üçün ən vacib ünsürdür. Bu anlayışla fəaliyyətimizdəki şüarımız hər zaman “Xidmətdə Fərq” yaratmaqdır.

VİZYONUMUZ

  • Əməliyyatların xidmət səviyyəsini və coğrafiyasını genişləndirmək
  • Keyfiyytəli satış, quraşdırma və texniki xidmət göstərmək
  • Beynəlxalq arenalarda təmsil olunmaq

MİSSİYAMIZ

  • Beynəlxalq standartlara cavab vermək
  • Xidmət sahələrinin keyfiyyətini artırmaq
  • Tapşırıqları dünyəvi standartlarla icra etmək

DƏYƏRLƏRİMİZ

  • Təhlükəsizlik (meyarların üstün tutulması)
  • Keyfiyyət (xidmətlərin standartlara cavab verməsi)
  • Səriştəli personal (layihələrə məsuliyyətli yanaşma)

SERTİFİKATLARIMIZ