Məhsullarımız
Kütlə spektrometriyası
Kütlə spektrometriyası atomlardan, molekullardan, radikallardan və ya bunların qarışıqlarından iyonlar əmələ gətirən və sonra da bu iyonları kütlə/yük (m/e) nisbətlərinə görə ayırıb ayrı-ayrı müəyyən edən bir cihazdır.
Kütlə Spektrometri aşağıdakı hissələrdən ibarət olur:
- Nümunənin cihaza verildiyi bölmə
- İyonizasiya hissəsi
- Kütlə selektiv qvadrapol hissəsi
- Detektor
- Proqram təminatı və kompüter
Kütlə Spektrometriyasının istifadə sahələri
- Üzvi və biyokimyəvi molekulların quruluşlarının müəyyənləşdirilməsi;
- Peptidlərin, proteinlərin və oligonukleotidlərin mol kütlələrinin təyin edilməsi;
- Nazik təbəqə və kağız xromatoqrafiyasında ayrılan maddələrin müəyyənləşdirilməsi;
- Polipeptid və protein nümunələrində amin turşu düzülüşünün təyini;
- Xromatoqrafiya və kapilyar elektroforez ilə ayrılan maddələrin müəyyənləşdirilməsi;
- Zəhərli maddələrin və bu zəhərli maddə metabolitlərinin qan, sidik və ağız suyunda müəyyənləşdirilməsi;
- Əməliyat əsnasında xəstənin nəfəsindəki qazların izlənməsi;
- Arxeoloji nümunələrin yaşlarının müəyyənləşdirilməsi;
- Yarış atları və olimpik atletlərdə dopinq nəzarəti;
- Aerosol əmələ gətirən partikulların analizi;
- Qidalarda pestisid qalıntılarının təyini;
- Su mənbələrində uçucu üzvi maddələrin izlənməsi və.s
Kütlə Spektrometriyasının əsas üstünlükləri
- Yüksək həssaslığa malik olması;
- Çoxyönlü tətbiq sahələrinin olması;
- Sürətli nəticə vermə imkanına malik olması.