SEM-AZ Beynəlxalq Əczaçılıq Tədbirində İştirak Etdi.
26 oktyabr 2023Əczaçılıq sənayesi üçün "Altium" şirkətinin həllər təklif etdiyi və ən son texnologiyalar haqqında məlumatlar paylaşdığı "Altium Pharma Day 2023" tədbirində "SEM-AZ" iştirak etmişdir. Əczaçılıq sənayesi üçün qeyd olunan önəmli yenilənmələr və son texnologiyalar haqqında əldə etdiyimiz məlumatlar təcrübəmizi daha da artırdı. “SEM-AZ” olaraq təqdim etdiyimiz xidmətlərdə bu texnologiyaların tətbiq edilməsi üçün komanda daxilində müxtəlif müzakirələr aparılmışdır.
Qeyd edək ki, "Altium International Laboratory Devices Inc." 1989-cu ildə baş ofisi İstanbulda olan "Sem Laboratory Devices Inc." adı ilə qurulmuşdur. Ankara və İzmir ofisləri, geniş yayılmış satış nöqtələri və Türkiyə daxilində işçiləri ilə xromatoqrafiya cihazları, spektroskopiya cihazları və digər tamamlayıcı cihazların satış və satış sonrası dəstəyində "tam xidmət" yanaşması ilə xidmətlər təqdim edir.