“SEM-AZ” əməkdaşları növbəti beynəlxalq tədbirdə iştirak etdi.

20 fevral 2024

“Medlab Middle East” regionda ən böyük laboratoriya və diaqnostika sərgilərindən və konfranslarından biridir. Layihə ərzində mütəmadi seminarlar, vörkşoplar keçirilir və laboratoriya sahəsində ən son nailiyyətlər nümayiş etdirilir. Ənənə halını alan “Medlab Middle East” konfransı 2024-cü il 5-8 fevral aralığında “Dubay Dünya Ticarət Mərkəzi”ndə təşkil olundu. Artıq 23-cü dəfə keçirilən tədbirdə tibbi laboratoriya texnologiyası, avadanlıqları və diaqnostikası sahəsində 130-dan çox ekspert çıxış etdi. Tədbirin əsas məqsədi tibbi laboratoriya sahəsində innovativliyin tətbiq edilməsi yolunda addımların atılması olmuşdur. 4 günlük intensiv konqres proqramı boyunca qarşıda duran vəzifələrdən biri də hər bir tibb işçisinin qabaqcıl bilik və bacarıqlarının möhkəmləndirilməsini təmin etmək məqsədi daşıyırdı.

 

Bu il təşkil olunan konfransda “SEM-AZ” MMC-nin direktoru Anar Məmmədov, satış müdiri Kənan Məmmədov və servis müdiri Tural Nəsibov iştirak etmişdirlər. Müxtəlif stendlərlə tanış olan komandamız bir-birindən müasir həllər təklif edən müxtəlif laboratoriya cihazlarının təqdimatında iştirak etdilər. Həmçinin tədbir zamanı baş tutan forumlar, çıxışlar, seminarlar sayəsində texnoloji yeniliklər, laboratoriya avadanlıqları sahəsinin inkişaf yolu və yeniliklər haqqında məlumatlar əldə etdilər.

 

Daim laboratoriya avadanlıqları sahəsində innovativliyi tətbiq etməyə çalışan şirkətimiz bu tip layihələrdə mütəmadi olaraq iştirak etməyi planlayır.