SEM-AZ Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgidə iştirak etdi.
18 oktyabr 2023 SEM-AZ Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, 03-05 may 2023-cü il tarixləri arasında Bakıda keçirilən 1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo” (AZLTK & LAB EXPO 2023) iştirak etmişdir. Bu konqres Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu və birinci olduğu üçün çox böyük əhəmiyyət kəsb edirdi. Klinik laboratoriya sahəsində öz töhfələri və təcrübələri ilə tanınan SEM-AZ komandası Azərbaycanın klinik laboratoriya mütəxəssislərinin birinci milli konqresi çərçivəsində keçirilən sərgidə öz stendi ilə iştirak etməklə təcrübələrini artırmışdır.
Tibb mənzərəsi texnologiya və tədqiqatdakı irəliləyişlərlə təkamül etməyə davam etdikcə peşəkarların mövcud çətinlikləri və imkanları toplaması, düşünməsi və birgə həlli vacib olur. Bunu nəzərə alaraq, konqres mütəxəssislər üçün laboratoriya təbabətinin müxtəlif sahələrini əhatə edən aktual problemləri nəzərdən keçirmək və müzakirə etmək üçün platforma yaratmaq məqsədi daşıyırdı. Buraya klinik biokimya, klinik mikrobiologiya və sürətlə inkişaf edən genetika sahəsində kritik mövzular daxil olmuşdur. Bu konqresdə laborator tibbin bütün istiqamətləri, o cümlədən, klinik biokimya, klinik mikrobiologiya və genetika sahəsində aktual məsələlərin nəzərdən keçirilməsi və müzakirəsi baş tutmuşdur. Üç fərqli zalda təşkil olunmuş konqresin proqramında laborator tibbin Biokimya, Mikrobiologiya və İmmunologiya, Genetika, Patologiya sahələrinə dair mövzular yer almışdır. Tibbi/Klinik Biokimya və Genetika zallarında bu sahələrlə yanaşı, molekulyar biologiya, genetika, toksikologiya, immunologiya, hematologiya və endikrinologiyaya dair mövzular; Tibbi/Klinik Mikrobiologiya zalında isə bu sahəyə əlavə olaraq, mikrobiologiya ilə əlaqəli bütün mövzular, xüsusilə, immunologiya, ətraf mühit mikrobiologiyası, peyvəndlər, epidemiyalar, mikrobiota, həmçinin, qlobal sağlamlıq, sindromik yanaşmalar və bioinformatika kimi sahələr müzakirə edilmişdir.
SEM-AZ komandası da bu konqres ərzində keçirilən sərgidə öz stendi ilə iştirak etmiş, məhsul və xidmətlərini ziyarətçilər üçün təqdim etmişdir.
Sonda konfransda iştirakı üçün SEM-AZ “Konqresdə İştirak Sertifikatı” ilə təltif olunmuşdur.