SEM-AZ "Memorial Hospital" Agilent LC-MS/MS Ultivo metodu üzrə əməkdaşlıq edir.

11 yanvar 2024

Laboratoriya şəraitində aparılan araşdırmalar zamanı yeni texnologiyaların səmərəliliyi özünü qabarıq şəkildə göstərir. SEM-AZ olaraq “Memorial” Hospitalda Agilent LC-MS/MS Ultivo metodunu tətbiq etdik. Bəs, LC-MS/MS metodu necə tətbiq olunur?


Misal üçün, D vitaminin qanda 50-dən çox metoboliti dövr edir.
İmmunanaliz metodu ilə aparılan analizlər bu metobolitləri tam şəkildə ayırıb vitamini sərbəstləşdirə bilmədiyi üçün D vitaminin orqanizmdəki kütləsini olduğu kimi əks etdirə bilmir. Test nəticələrində aşağı çıxan cavabların optimallaşdırılması üçün Agilent LC-MS/MS Ultivo metodu tətbiq edilir. Vitamin D, kalsium və fosforun mənimsənilməsi, immun sisteminin möhkəmliyi və hüceyrə böyüməsini idarə etmək kimi bir çox bioloji proseslərdə də Agilent LC-MS/MS Ultivo metodunun tətbiqinə ehtiyac duyulur.

 

Agilent Ultivo əlavə yerə ehtiyacı aradan qaldırmaq üçün kütlə spektrometrini HPLC yığınına inteqrasiya edən, yığcam və yığıla bilən forma faktoru ilə hazırlanmış LC-MS/MS sistemidir. Bu yenilikçi yanaşma daha böyük sistemlərdən gözlənilən performansı, etibarlılığı və möhkəmliyi daha kiçik yer tutmaqla təmin edir. Bu da şirkəti əlavə xərclərdən azad edir və daha səmərəli işin görülməsinə dəstək olur.

 

Əsas xüsusiyyətlərə miniatür “Vortex” toqquşma hüceyrəsi, “Siklon ion bələdçisi” və yüksək məhsuldarlıqlı nümunə analizi üçün həssaslıq, səmərəlilik və performans təmin edən “VacShield” daxildir.