Agilent
1200 seriyalı HPLC (High Performance Liquid Chromatography) Yüksək Performanslı maye xromatoqrafiyası.Yüksək performasnlı – yüksək ayırma qabiliyyətli olması mənasını ifadə edir. HPLC cihazı analitik ayırma məqsədi ilə ın çox istifadə edilən cihazlardan biridir. Bir qarışıqda olan maddələrin ayrılması məqsədi ilə hərərkətli faza olaraq maye daşıyıcılar istifadə edilir. Qarışıqda olan maddələr ilk olaraq həlledicidə həl olur və sonra yüksək təzyiq altında xromatoqrafik kolondan keçirilir. Maddələrin ayrılmsası xromatoqrafik kolonlarda gedir. Sistemin genişistifadəsini vacib edən şərtlər həssaslığı, seçici olması, miqdari təyinatların aparıla bilməsi və ən əsası uçucu olmayan və tempertura davamsız maddələri ayıra bilməsidir. Maye xromatoqrafiyası ilə analiz edilə bilinəcək maddələr olaraq amin turşuları, proteinləri, nuklein tuşularını, karbohidratları, dərman maddələri və.s göstərə bilərik HPLC qida və içki, ətraf mühit, tib, neft kimya, kənd təsərrüfatı vəs bir çox sahələrdə geniş tətbiq edilir. Hplc’nin Əsas hissələri Hərəkətli faza rezervuarı Nasos İnjektor (Avtosampler) Kalon Detektor (DAD, FLD, ELSD, UV, RID və MS) Proqram təminatı