Kütlə spektroskopiyasıKütlə spektroskopiyası

Kütlə spektroskopiyası

Kütlə spektrometriyası atomlardan, molekullardan, radikallardan və ya bunların qarışıqlarından iyonlar əmələ gətirən və sonra da bu iyonları kütlə/yük (m/e) nisbətlərinə görə ayırıb ayrı-ayrı müəyyən edən bir cihazdır.

Kütlə Spektrometri aşağıdakı hissələrdən ibarət olur:

  •          Nümunənin cihaza verildiyi bölmə
  •          İyonizasiya hissəsi
  •          Kütlə selektiv qvadrapol hissəsi
  •          Detektor
  •          Proqram təminatı və kompüter


Kütlə Spektrometriyasının istifadə sahələri

  •          Üzvi və biyokimyəvi molekulların quruluşlarının müəyyənləşdirilməsi;
  •          Peptidlərin, proteinlərin və oligonukleotidlərin mol kütlələrinin təyin edilməsi;
  •          Nazik təbəqə və kağız xromatoqrafiyasında ayrılan maddələrin müəyyənləşdirilməsi;
  •          Polipeptid və protein nümunələrində amin turşu düzülüşünün təyini;
  •          Xromatoqrafiya və kapilyar elektroforez ilə ayrılan maddələrin müəyyənləşdirilməsi;
  •          Zəhərli maddələrin və bu zəhərli maddə metabolitlərinin qan, sidik və ağız suyunda müəyyənləşdirilməsi;
  •          Əməliyat əsnasında xəstənin nəfəsindəki qazların izlənməsi;
  •          Arxeoloji nümunələrin yaşlarının müəyyənləşdirilməsi;
  •          Yarış atları və olimpik atletlərdə dopinq nəzarəti;
  •          Aerosol əmələ gətirən partikulların analizi;
  •          Qidalarda pestisid qalıntılarının təyini;
  •         Su mənbələrində uçucu üzvi maddələrin izlənməsi və.s



Kütlə Spektrometriyasının əsas üstünlükləri

  •          Yüksək həssaslığa malik olması;
  •          Çoxyönlü tətbiq sahələrinin olması;
  •          Sürətli nəticə vermə imkanına malik olması.